Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

-

Azərbaycanda gözlər Amerika Federal Rezerv Sisteminin (FES) qərarından sonra Azərbaycan Mərkəzi Bankına dikilmişdi.

Bu səhər (dekabrın 17-də - red.) Mərkəzi Bankın adı çəkilməyən rəsmisi APA informasiya agentliyinə bildirib ki, FES-in qərarı gözlənilən idi: «Şübhəsiz ki, FES-in qərarı bütün dünyaya, o cümlədən, Azərbaycana, milli valyutamıza öz təsirini göstərəcək. Təsirlər barədə detallı danışmaq üçün hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə, dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik».

Bəzi ekspertlər isə düşünür ki, Mərkəzi Bank FES-in qərarından devalvasiya üçün bəhanə kimi istifadə edəcək.

Ancaq Mərkəzi Bank bir neçə saat sonra təkzib yayıb. Təkzibdə deyilir: «ABŞ-ın Federal Ehtiyatlar Sisteminin ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qərarının manatın ABŞ dollarına qarşı məzənnəsinə təsirinə dair Mərkəzi Bank hər hansı rəsmi açıqlama verməyib. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir».

Mərkəzi Bank adından yayılan xəbər və sonradan təkzib fevral ayında devalvasiya öncəsini xatırladır. 21 fevral devalvasiya qərarından öncə manat cüzi ucuzlaşmağa başladı. Bu xəbərdən sonra əhali kütləvi şəkildə dollar almağa başladı. Bundan sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-də çıxışında bildirdi ki, manat kəskin ucuzlaşmayacaq. Ucuzlaşma ilin sonuna kimi yavaş-yavaş olacaq.

Elman Rüstəmovun çıxışından cəmi bir neçə gün sonra, fevralın 21-də Mərkəzi Bankın qərarı ilə manat 34 faizə yaxın ucuzlaşdı. 1 dollar 0.78 manatdan 1.05 manata çatdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG