Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:39

Mozilla Firefox 64-bit çıxdı


Mozilla Firefox
Mozilla Firefox

-

Uzun müddətdir gözlənilən «Mozilla Firefox 64-bit» təqdim edilib.

İllərdir 32-bit olaraq işləyən internet-brauzer «Mozilla Firefox» bir çox istifadəçinin rəğbətini qazanıb.

«Google» və «Microsoft» 64-bit brauzerə uzun müddətdir keçsələr də, «Mozilla» bu addımı yeni atdı.

Dekabrın 16-da «Mozilla Firefox 64-bit» «Windows» üçün yayımlandı. Brauzer «Windows 7» və üst əməliyyat sistemlərində işləyir.

«Mozilla Firefox 64-bit» daha sürətli olmağı ilə yanaşı, yüksək təhlükəsizlik parametrlərinə sahibdir. 64 bit versiyası yeni olduğundan 32-bit brauzerdə açılan saytlara girərkən bəzi plaqinlər işləməyə bilər. Ancaq qısa zamanda hamısı 64-bit-də dəstəklənəcək.

Brauzerin yeni versiyasını buradan yükləmək olar.

XS
SM
MD
LG