Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

-

ABŞ-da Mərkəzi Bank funksiyasını görən Federal Ehtiyat Sisteminin (FES) Federal Açıq Bazar Komitəsi (FABK) uçot dərəcəsini 0.25 faizdən 0.50 faizədək artırmaqla bağlı tarixi qərar qəbul edib.Sonuncu belə qərar 2006-cı ildə verilmişdi. O vaxtdan bəri dəyişməz qalan uçot dərəcəsinin dekabrın 16-dakı artımı nəticəsində «Dow Jones» indeksi 57 bənd, NASDAQ indeksi isə 10 bənd möhkəmlənib.

FES-in qərarını AzadlıqRadiosuna şərh edən iqtisadçı ekspertlər bunun Azərbaycana təsirindəndanışıblar.

«RESURS GƏLİRLƏRİNDƏN ASILI ÖLKƏLƏRİN MİLLİ VALYUTALARI DOLLARA NİSBƏTƏN UCUZLAŞACAQ»

Qubad İbadoğlu deyir ki, uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalmasını və faiz dərəcələrinin çoxalmasını stimullaşdırır: «Bu qərar dolların mövqeyinin möhkəmlənməsinə də xidmət edir».

Ekspertin qənaətincə, dövlət maliyyəsi resurs gəlirlərindən asılı ölkələrin milli valyutaları dollara nisbətdə ucuzlaşacaq: «Xüsusən, neftin qiymətlərinin ucuzlaşdığı indiki şəraitdə».

«MANATIN UCUZLAŞMA EHTIMALI DAHA DA ARTACAQ»

İqtisadçı ekspert Samir Əliyevsə düşünür ki,FES-in son addımı manata birbaşa təsir göstərməyəcək: «Amma dünya bazarında dollar bahalaşsa, manata münasibətdə də oxşar vəziyyət baş verəcək. Devalvasiya barədə danışmaq hələ tezdir. Dollar avroya nisbətdə dəyərini artırsa, bu gün – dekabrın 17-dəMərkəzi Bank dolları cüzi bahalaşdıracaq».

Samir Əliyevin fikrincə, gələcəkdə manatın ucuzlaşma ehtimalı yüksəkdir: «Dollar bir müddət möhkəmliyini saxlayacaq və manata təzyiq artacaq. Dollar aktivlərinin cəlbediciliyi yüksələcək və ABŞ-a investisiya axını güclənəcək».

«MƏRKƏZİ BANK MANATIN DEVALVASİYASI ÜÇÜN FES QƏRARINI BƏHANƏ EDƏCƏK»

Başqa bir ekspert - Natiq Cəfərli də uçot dərəcələri artımının Azərbaycana təsirsiz ötüşməyəcəyini düşünür: «Bizdə birja, qiymətli kağızlar bazarı, ölkəyə valyuta gətirən şirkətlər olması səbəbindən yox. Ona görə ki, bizdə iqtisadiyyat yoxdur. Bir boru var, bir də Neft Fondu».

Ekspertin qənaətinə görə, Mərkəzi Bank manatın devalvasiyası üçün FES qərarını bəhanə edəcək:

«Azərbaycan Mərkəzi Bankının gözləntilərindən biri bu idi ki, FES bu addımı atsın, dünyada dollar bahalaşmağa başlasın, ondan sonra manatın yüngül devalvasiyasına getsin. Devalvasiyanı dünyada gedən proseslərlə əsaslandırmağa çalışacaqlar. Çox güman, Mərkəzi Bank və hökumət elə bir arqument axtarır ki, öz məsuliyyətini xaricdə baş verən proseslərin üzərinə atsın. Yəqin ki, bu, ya da gələn həftə manatın yumşaq devalvasiyasının şahidi olacağıq».

Ekspertin sözlərinə görə, budəfəki devalvasiya fevral ayındakı qədər kəskin olmayacaq: «Axı Mərkəzi Bank və hökumət də anladı ki, Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Əslində, iqtisadiyyat hələ də birinci devalvasiyanı həzm edə bilməyib. Bank sektorunda vəziyyət çox ağırdır, pərakəndə satış çöküb, ticarət dövriyyəsi azalıb».

«MANATIN MƏZƏNNƏSİ YENƏ İNZİBATI QAYDADA TƏYİN OLUNACAQ, ÇÜNKİ...»

Natiq Cəfərlinin fikrincə, hökumət boş yerə üzən məzənnə formulunu ortaya atmayıb: «Onu iqtisadi kateqoriya kimi insanların beyinlərinə yeritməyə çalışırlar. Amma manatın məzənnəsi yenə inzibati qaydada təyin olunacaq, çünki Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutlar, infrastruktur yoxdur. Bu, mümkünsüzdür. Sadəcə, manatın məzənnəsi inzibati qaydada və yumşaq şəkildə dəyişəcək və milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG