Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

Yezidi qadın BMT-də danışıb


Sincar şəhəri yaxınlığında yezidilərə məxsus olduğu güman edilən kütləvi məzarlıq

Sincar şəhəri yaxınlığında yezidilərə məxsus olduğu güman edilən kütləvi məzarlıq

-

Ötən il İslam Dövləti (İD) silahlı qruplaşmasının oğurladığı yezidi qadın dekabrın 16-da BMT-nin Təhlükəsizlik Şurasında çıxış edib, necə zorlanmasından, ona verilən işgəncələrdən danışıb.

21 yaşlı Nadia Murad Basee Şuradan xahiş edib ki, onu və minlərlə digər yezidi qadını “müharibə qəniməti” kimi oğurladığına, İD yaraqlılarına cinsi kölə kimi verdiyinə görə İD-ni darmadağın etsinlər.

“İD yezidi qadınları qaçaqmal kimi daşınan ət parçasına çevirib”, o deyib. Basee İraqda yaşadığı kənddən necə çıxarılması, Mosula necə aparılmasını nəql edib.

O, bir neçə dəfə qaçmağa cəhd etsə də, keşikçilər imkan verməyiblər. Nəhayət qurtula bilib və indi Almaniyada yaşayır. Qadın bir neçə qardaşının, kəndlərindəki kişilərin çoxunun İD tərəfindən öldürüldüyünü söyləyib.

BMT İD-nin yezidilərə qarşı soyqırım törədib-törətmədiyini araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG