Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:29

-

Bu ilin yanvar-noyabr aylarında istehlakçılara 22.4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9.6 faiz artaraq 100 milyon manat, qeyri-ərzaq məhsulları üzrə isə 13.5 faiz artaraq 110 milyonu keçib.

11 ayda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artıb, 11.5 milyon manat olub. Elektron ticarət dövriyyəsinin 96.2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

Bu müddətdə iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 950.7 milyon manat olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG