Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

-

İslam Dövləti silahlı qruplaşması yaraqlıları İraqın şimalında təlim düşərgəsinə hücum edib, azı iki sünni döyüşçü öldürülüb, 4 türk təlimçi yaralanıb. Hadisə dekabrın 16-da baş verib.

İD-nin nəzarətində olan Mosul şəhəri yaxınlığında yerləşən Başiqa düşərgəsində ekstremist qrupla vuruşanlara təlim keçilir. Düşərgə bir neçə saat minaatanlardan atəşə tutulub

Türkiyə ordusu bildirir ki, türk artilleriyası İD hədəflərinə cavab atəşi açıb.

Hücum zamanı düşərgədə 1000-dən çox döyüşçü təlim keçirmiş.

Bu düşərgə Türkiyə ilə İraq arasında mübahisəyə səbəb olub. Ankaranın düşərgəyə əlavə qüvvə göndərməsi İraq hökumətini qəzəbləndirib, Türkiyədən buradan çıxmağı tələb edib. Türkiyə isə israr edir ki, əsgərlər tez-tez İD tərəfdən atəşə tutulduğu üçün əlavə qüvvə lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG