Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

Almaniyanın kansleri Angela Merkel bir daha bildirib ki, Suriya prezidenti Bashar Assad getməlidir.

O bunu dekabrın 16-da ölkə parlamentində çıxış edərkən deyib.

“Söhbət Bashar Assadın iştirakı olmadan Suriyada müharibənin dayandırılmasından gedir.Unutmamalıyıq ki, suriyalıların əksəriyyəti Assaddan, onun bombalarından qacıq. Assad heç vaxt uzunmüddətli həllin tərkib hissəsi ola bilməz”-deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya qəti şəkildə buna qarşı çıxır.

Moskva hesab edir ki, Assad Suriyada istənilən siyasi keçidin tərkib hissəsi olmalıdır və Suriya ordusu “İslam Dövləti “ qrupu ilə mübarizədə əsas qüvvədir.

Moskva Suriya müharibəsidə Bashar Assadın, ABŞ və digər Qərb ölkələri isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG