Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

Ukrayna Krımla ticarət əlaqəsini dayandırıb.

Baş nazir Arseniy Yatsenyuk dekabrın 16-da hökumətin iclasında deyib ki, Krımla ticarət əlaqələri və xitmətlər 1 aylıq dondurulacaq.

Amma o bildirib ki, bu şəxsi yüklər, sosial təyinatlı ərzaq məhsulları və humanitar yardımlara aid deyil.

Krımın elektrik enerjisi ilə təhcizatına gəldikdə isə Yatsenyuk deyib ki, bu ayrıca məsələdir və bu barədə Ukraynanın təhlükəsizlik və müdafiə şurası qərar verə bilər.

Rusiyanın ötən ilin martında ilhaq elədiyi Krım noyabrdan işıqsız qalıb.

Buna səbəb Krımı elektrik enerjisi ilə təhciz edən Ukrayna ərazisindəki stansiyanın partladılması olub.

Bu insident Rusiya ilə Ukrayna arasındakı münasibətləri daha da kərginləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG