Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

Türkiyə Qara dənizdə 27 Rusiya gəmisini saxlayıb.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Qəzet bunun Rusiya hakimiyyətinin hərəkətinə cavab olduğunu və hazırda tərəflər arasında elektron poçtla yazışma getdiyini bildirir.

Mənbə Rusiyanın bundan əvvəl 8 Türkiyə gəmisini saxladığını yazır.

Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Həmçinin Türkiyə Rusiyaya qarşı cavab sanksiyalarını götür-qoy edir.

Ankara təyyarənin ölkənin hava məkanını pozduğunu,

Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG