Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:47

İtaliya bəyan edib ki, Avropa və digər qərb ölkələri çox güman ki, gələn il Rusiyaya qarşı iqtisadi sanksiyalara baxacaqlar.

İtaliyanın baş naziri Matteo Renzi dekabrın 16-da deyib ki, o Avropa Birliyinin bu sanksiyaları daha 6 ay uzadmasına qarşı çıxmayacaq.

Sanksiyaların müddəti yanvarın 31-də sona yetir.

Avropa Birliyinin üzvləri sanksiyalarla bağlı həftənin sonunda qərar verməlidir.

Amma Renzi hesab edir ki, məsələyə yaxın aylarda yenidən baxıla bilər.

Rusiya ilə sıx iqtisadi əlaqələri olan İtaliyaya bu sanksiyalardan böyük ziyan dəyib.

İtaliya ötən həftə gözlənilmədən sanksiyaların avtomatik uzadılmasını əngəlləyib və bildirib ki, bu məsələni müzakirəyə çıxarmaq lazımdır.

İtaliya “Cənub axını” qaz kəməri layihəsinin baş tutmamasından narazıdır.

Bu kəmərlə Rusiya qazının Avstriya və İtaliya, ordan isə digər Avropa ölkələrinə çıxarılması nəzərdə tutulurdu.

Qeyd edək ki, Qərb ölkələri ötən ilin martında Krımn ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG