Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:36

Ermənistanda ömürlük həbsə məhkum edilənlər aclıq aksiyasına başlayıblar.

Ədliyyə Nazirliyinin nümayəndəsi Gor Glechian dekabrın 16-da aclıq edənlərin 35 nəfər olduqlarını bildirib.

Onlardan 28-i dekabrın 14-dən aclığa başlayıb.

Yerevanın yaxınlığında yerləşən Nubaraşen həbsxanasında saxlanan məhbuslar indiyədək bir neçə dəfə aclıq aksiyası keçiriblər.

Sonuncu aksiya bu ilin oktyabrında keçirilib.

Onların əksəriyyəti saxta ittihamlarla həbs olunduqlarını deyirlər.

Ermənistan Helsinki Komitəsinin vəkili Robert Revazian AzadlıqRadiosunun Erməni xidmətinə bildirib ki, onların bir qisminin işə yenidən baxılmasını tələb etməyə haqqı var.

Çünki onlar 1990-cı illərdə mühakimə olunublar və həmin vaxt ölkənin məhkəmə sistemində bu cür səhvlərə yol verilməsi mümkündür.

XS
SM
MD
LG