Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07

-

ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FES) Federal Açıq Bazar Komitəsində (FABK) növbəti müzakirələr bu gün – dekabrın 16-da başa çatacaq.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, FES son 9 ildə ilk dəfə uçot dərəcələrini artıracaq: «Buna ABŞ iqtisadiyyatında müşahidə olunan sabitlik və gələcəklə bağlı nikbin gözləntilər əsaslar yaradır. FES-in xanım sədri Janet Yellen bu gün – dekabrın 16-dakeçirəcəyi mətbuat konfransında FABK-dəki müzakirələrin nəticələrini açıqlayacaq».

«DÜNYA MALİYYƏ BAZARLARINDA STRESS YARANACAQ»

Ekspert bildirir ki, FES uçot dərəcələrini dəyişmək qərarına gələrsə, dünya maliyyə bazarlarında stress yaranacaq: «Bundan özəlliklə gəlişməkdə olan zəif və həssas iqtisadiyyatlı ölkələr, o sıradan Rusiya, Cənubi Afrika Respublikası, Türkiyə, hətta Çin və Hindistan çox təsirlənəcək. Sadalanan ölkələrin milli valyutaları, heç şübhəsiz, ABŞ dollarına nisbətdə bir az da dəyər itirəcək. Bu halda həmin ölkələrin orbitindəki iqtisadiyyatlara da neqativ təsirlər müşahidə oluna bilər».

«AZƏRBAYCAN DA BELƏ TƏSİRLƏRDƏN SIĞORTALANMAYIB»

Qubad İbadoğlunun fikrincə, Azərbaycan da belə təsirlərdən sığortalanmayıb: «Ölkəmizin onsuz da azalan valyuta ehtiyatları daha tez tükənə bilər. Axı indiki şərtlərdə Mərkəzi Bank manatın sabitliyini qorumaq üçün mənasız xərcləmələrə rəvac verəcək. Məncə, manatın taleyinin müəyyənləşdirilməsində bu hadisənin rolu az olmayacaq. Dollara nisbətdə avronun ucuzlaşması, Avropa və Asiya fond birjalarında səhmlərin də dəyərsizləşməsi gözləniləndir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG