Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Rusiya İŞİD-ə kömək edənləri araşdırır


Rusiyanın Suriyada apardığı hava zərbələri kampaniyası

Rusiyanın Suriyada apardığı hava zərbələri kampaniyası

-

Rusiyanın baş təhlükəsizlik agentliyi bildirir ki, İslam Dövləti (İD) silahlı qruplaşmasına yardım etməkdə şübhəli bilinən 1600 fərd və təşkilatı araşdırır.

KGB-nin varisi olan Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov dekabrın 15-də deyib ki, agentlik Suriya və İraqda ekstremist qruplara qoşulmaqda şübhəli bilinən 2900 rusiyalını müəyyənləşdirib. Onlardan 198-i döyüşlərdə həlak olub, 214 nəfər Rusiyaya qayıdıb. Qayıdanlardan 80 nəfər artıq məhkum edilib, 41 nəfər həbs olunub.

Prezident Vladimir Putin bir müddət öncə deyirdi ki, Rusiya və digər postsovet ölkələrindən 5-7 min vətəndaş İŞİD-ə qoşulub. O, Rusiyanın Suriyaya hava kampaniyasının ölkənin təhlükəsizliyinin qorunması məqsədilə başlandığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG