Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

-

Alyoşa

Vəd edilmiş xoşbəxtlik

adından yeni bir əlifba bu ilk hərfindən

su başlar alıb aparar məni bir dəryaya çıxaram

balıq olsaydım gözlərindən qorxardım, qorxardım nə idimsə

bura bir şəlaləmi, atsammı ayaqlarımı, düşüb adammı olsam, qalıb xəyal

(bura bir evmi)

vəd edilmiş xoşbəxtliyə qarşı dayanmış, özüm gözüm adamlar,

ordasansa, niyə gəlim, yoxsansa, niyə gəlim

bir qəzaya girib qırılsam, bir dərmana yatıb sənmi oyansam

alma dənələri haqqında təbəssümdü bu, ləçəkləyək nəyimiz maviysə

böyüyüb oyuncaq qalsın xatirimdə, ağlanılmış və itirilmiş,

gizlicə obbalara getmiş böyüklərin,

cəhdlərinə yenilsə yenilsə qorxularım

mən də böyümüşdüm, döşündə anama oyanmış,

dünyanın ən şirin yuxusuna cavab

vəd edilmiş xoşbəxtliyə hava və su qarışıb adından,

sonuncu kitabdı, endirilib əllərin çəkər bədənimi toxunduğu yerdən mağarama

o adam əlifbanın ən olmaz gecəsinə oyaq və nəsə olmalıdı, deyilmi, olmalımı

və sonsuzluq itirir özünü, ordasanmı, niyə gəlim

vəd edilmiş bir an var, keçdimi, haradayam

birlikdə baxsaq ölməz külək, əriməz qar

keçdimi, haradayam

Bir şey varmış…

gecə gölməçəyə oyanmış ayı itirən cırcırama səsiylə

röyamda qapıya bölünən qadının ayaqları sərçələnib

məbədin rəhminə oxunmuş alın səsimə axdı

çox, çox uzaqdı, yaşamayacaq, məsələn

bir gəmidə gedirmişcəsinə, oradaymışcasına, oymuşcasına

səmanın min bir qırıqlarına baxar, ölməyəcək

balıqların xatırladığı sadəcə bir şey varmış...

Günün bütün mövzuları

XS
SM
MD
LG