Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47

-

Birləşmiş Ştatlar BMT-ni İrana qarşı tədbir görməyə çağıır. BMT-nin dekabrın 15-də açıqladığı hesabatda Tehranın BMT sanksiyalarını pozduğu, nüvə qabiliyyətli raketləri sınaqdan keçirdiyi bildirilir.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power deyib ki, ABŞ tədbir görülməsinə çalışacaq. Britaniya, Fransa və Almaniya təmsilçiləri də ona qoşulublar.

“Təhlükəsizlik Şurası İrana imkan verə bilməz ki, qətnamələrimizi pozaraq cəzasız qalacağını düşünsün”, o, dekabrın 15-də Şuranın iclasında deyib. İclasda İrana sanksiyalar komitəsinin hesabatı nəzərdən keçirilib.

Power adlarını çəkmədiyi şura üzvlərini İrana qarşı tədbir görməkdən imtina etməkdə suçlayıb. O, Tehranın iyulda yekun sazişi imzalayandan sonra sanksiyaları dəfələrlə pozmasına dair sübut olduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG