Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

R. Mirqədirova cəza istənilə bilər


Rauf Mirqədirov ötən il atasının dəfnində

Rauf Mirqədirov ötən il atasının dəfnində

-

Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəməsi davam edəcək.

Məhkəmədə dövlət ittihamçısı çıxış edəcək. Bu günkü prosesdə prokurorun jurnalist haqqında cəza istəyəcəyi də gözlənilir.

Məhkəmə prosesi indiyə qədər qapalı keçirilib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur.

Özü ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG