Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:47

-

“Crocus Group”un vitse-prezidenti, müğənni Emin Ağalarov “Rusiya media qrupu” şirkətinin ortağı, keçmiş baş direktoru Sergei Kozevnikovla birlikdə telekanal açır.

APA-nın məlumata görə, “Tvoy dom” (Sənin evin) adlı telekanalın verilişləri əsasən təmir və tikintidən bəhs edəcək.

Telekanal peyk və kabel şəbəkələri vasitəsi ilə yayımlanacaq.

Sergei Kozevnikovun sözlərinə görə, “Tvoy dom” çox güman ki, “Crocus Group”a daxil olacaq.

Telekanal həmçinin “Crocus Group”a daxil olan eyni adlı gipermarketlər şəbəkəsini də reklam edəcək.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube səhifəsində izləyin

Günün bütün mövzuları

XS
SM
MD
LG