Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Belarus prezidenti Aleksandr Lukashenka Moskvada Rusiyalı həmkarı Vladimir Putinlə görüşür.

Lukashenka dekabrın 15-də görüş ərəfəsində deyib ki, iki ölkə arasındakı mövcud problemin həlli, bu iki xalqı bir-birinə daha çox yaxşınlaşdıracaq.

Rusiya mətbuatının yazdığına görə, görüşdə əsasən enerji mübadiləsi, nəqliyyat və hərbi texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında müdafiə nazirliyinə Belarusda hərbi-hava bazasının tikintisi ilə bağlı Minsklə danışıqlara başlanmasını göstəriş verib.

Amma bu rəsmi Minskin etirazına səbəb oldu və

Lukaşenko oktyabrın 6-da bəyan elədi ki, hələlik onlara belə bir baza lazım deyil.

Belarus Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Amma Belarusun xarici işlər naziri Vladimir Makey (Uladzimer Makey) dekabrın 14-də Brüsseldə Avropa Birliyi və NATO rəsmiləri ilə danışıqlar aparıb.

Son vaxtlar Belarusla Qərb arasında münasibətlərin yaxşılaşdığı müşahidə olunur.

Avropa Birliyi insan haqlarına görə Belarusa qarşı sanksiyaları bu ilin fevralınadək dayandırıb.

Belarus bundan əvvəl bütün siyasi məhbusları azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG