Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:32

Odessa vilayətinin qubernatoru və keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvili Ukraynanın daxili işlər naziri Arsen Avakovu korrupsiyada ittiham edib.

O bunu bazar ertəsi Kiyevdə Milli İslahatlar Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

Saakashvili həmçinin Ukraynanın hüquq-mühavizə orqanlarında islahatların vacibliyini qeyd edib və bildirib ki, korrupsiyalı nazirin buna heç bir aidiyyatı olmamalıdır.

Məlumatlara görə, iclasın özündə Saakashvili ilə Avakov arasında mübahisə düşüb və Avakov Saakashvilinin üzünə su çırpıb.

Saakashvili həmçinin baş nazir Arseniy Yatsenyukun korrupsiya sixemində əli olduğunu deyib.

Məlumatlara görə Yatsenyuk bu məsələdə Avakovun tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG