Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:49

2015-ci ildə dünyada 199 jurnalist həbsxanadadır. Keçən il belə jurnalistlərin sayı 221 idi. Bunu CPJ- Jurnalistləri Müdafiə Komitəsi bildirir.

Tutulan jurnalistlərin 109-u internet , 83-ü çap mediası jurnalistidir. Dünyada ən çox həbsdə olan jurnalist Çindədir - 49. İkinci yerdə Misirdir - 23. Hesabatda deyilir ki, Misir prezidenti Abdel Fattah el-Sisi milli təhlükəsizlik adı ilə əks fikri boğur.

Vəziyyətin pisləşdiyi ölkələrə misal olaraq Türkiyə göstərilir. Burda bir ildən çox həbsdə olan jurnalistlərin sayı 2 dəfə artıb və 14 olub. Türkmənistanda isə əksinə, bu il heç bir jurnalist həbs olunmayıb.

Hesabatda deyilir ki, jurnalistləri bir qayda olaraq dövlət əleyhinə cinayətlərdə ittiham edib-tuturlar. Ən çox cəza müddəti isə 5 ildir.

Hesabatda istisna kimi 2 jurnalistin işi göstərilir-Xədicə İsmayılovaya 7,5 il həbs cəzası kəsilib, Qırğızıstanda məhkum olunan jurnalist Azimjon Askarova isə ömürlük həbs cəzası verilib. O, polisi öldürməkdə günahkar bilinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG