Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

-

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Tanınmış bəstəkar, xalq artisti, professor Azər Rzayev dekabrın 14-də ömrünün 86-cı ilində vəfat edib.

Azər Rzayev 1930-cu il iyulun 15-də Bakıda tanınmış opera müğənnisi Həqiqət Rzayevanın ailəsində doğulub.

Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbini bitirdikdən sonra konservatoriyada bəstəkarlıq və ifaçılıq ixtisasları üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə təhsil aldığı musiqi məktəbində başlayan gələcəyin böyük bəstəkarı daha sonra Bakı Musiqi Akademiyası müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri işləyib.

Azərbaycan Nazirlər Soveti yanında radio və televiziya komitəsində səs rejissoru, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olan Azər Rzayev Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətini də davam etdirib.

Azər Rzayev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışıb.

1995-ci ildən etibarən Bülbül adına orta ixtisas musiqi məktəbi nəzdində yaratdığı uşaq simfonik orkestrinə rəhbərlik edən Azər Rzayev respublikada gənc ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyib. Gələcəyin peşəkar musiqiçi kadrlarının formalaşdırılması işinə sanballı töhfələr verib.

Müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Azər Rzayev 60 ilə yaxın bir müddət ərzində qiymətli əsərlər yaradıb. Simfonik orkestr üçün poemaların, konsertlərin, sonata və kamera-instrumental əsərlərin müəllifi kimi şöhrət tapıb. Kinofilmlərə və müxtəlif dram tamaşalarına yazdığı musiqi sənətsevərlərin rəğbətini qazanıb.

Mərhumun cənazəsi vidalaşmaq üçün dekabrın 15-də saat 13.00-dan 15.00-dək Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG