Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42

-

ABŞ-ın Dövlət katibi John Kerry Moskvada görüşlərə başlayıb. Danışıqlarda Suriyada vətəndaş müharibəsinə son qoyulması üçün siyasi keçid, Ukraynanın şərqində sülh sazişinin yerinə yetirilməsi müzakirə olunur.

Kerry-nin rusiyalı həmkarı Sergei Lavrov-la görüşü başlanıb, daha sonra prezident Vladimir Putin-lə görüşəcək.

Dekabrın 18-də Nyu Yorkda Suriya danışıqlarının üçüncü raundu gözlənir. Kerry dekabrın 14-də rusiyalı həmkarı Sergei Lavrov-la telefonla danışıb. Tərəflər razılaşıblar ki, hər hansı yeni görüşdən öncə spesifik şərtlər razılaşdırılsın. Bununla da, Nyu York görüşünün vaxtına dair sual yaranıb.

Birləşmiş Ştatlar və müttəfiqləri Suriya prezidenti Bashar al-Assad-ın siyasi keçidin bir hissəsi olmasını istəmirlər. Rusiya isə bunu rədd edir, deyir ki, Suriya xalqı özü liderini seçməlidir.

Lavrov-la görüşündən öncə Kerry deyib ki, Vaşinqtonla Moskva İslam Dövlət (İD) silahlı qruplaşmasının hamıya, hər bir ölkəyə təhlükə olması fikrini bölüşür. “Onlar ən pis terrorçudurlar. Mədəniyyətə və tarixə hücum edirlər”, Kerry deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG