Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

-

Rusiyanın «Megapolis» turizm agentliyi Suriyaya səfərlər təşkil etməyi planlaşdırır. Səyahətçilər vətəndaş müharibəsinin ön cəbhəsinə səfər etmək şansı qazanacaqlar. «Novaya Gazeta» bunu patent şirkətinin rəhbəri Anatoly Aronov-a istinadla yazır.

Aronov deyir ki, «Megapolis» «Assad turları» adının qeydiyyata alınması üçün müraciət edib. 3-4 nəfərlik qrupların səfərləri 4-5 gün çəkəcək və adambaşına təxminən 1500 dollara başa gələcək. Buraya bilet və qalma xərcləri daxildir.

Şirkət rəhbərinin sözlərinə görə, bu turlar rusiyalılara üç şeydən zövq almaq imkanı yaradacaq: Suriyadakı rus əsgərlərinin varlığından; Rusiya universitetlərində təhsil almış və rusca danışan suriyalıların sayından və pul qazanmaq xətrinə rusiyalıları qonaqlamaq istəyən suriyalıların çoxluğundan.

Aronov Suriyada cəbhə xəttinə turist səfərlərinin gəlirli sahə olmayacağını etiraf edir. Ancaq şirkət artıq Suriyada otellər və nəqliyyat xidmətləri ilə danışıqlara başlayıb. Suriya səfirliyinə, aidiyyəti nazirliklərə də rəsmi məktublar yazılıb. «Megapolis» səfərlərin həyata keçirilməsinə icazə almaqda problem yaranmayacağını düşünür.

Elektrik xətləri

Elektrik xətləri

KRIMIN ELEKTRİK TƏHLÜKƏSİZLİYİNƏ HƏLƏ ÇOX VAR

Kreml Krım sakinlərini inandırmağa çalışır ki, onları elektrik enerjisi ilə təmin edəcək. Ancaq Rusiyanın Krımı təhlükəsiz elektrik xətti ilə təmin etməsi aylar çəkəcək. Belə ki, yarımadanın anneksiyası səbəbindən Qərbin qoyduğu sanksiyalar bu iş üçün ən yaxşı avadanlığın alınmasını da çətinləşdirir. Bunu «Reuters» agentliyi yazır.

Təxminən 3 həftə öncə Krıma Ukraynadan gələn 4 elektrik xətti partladılıb. Ukrayna hökuməti xətlərin bərpasına tələsmir. Rusiya isə dəniz dibiylə «enerji körpüsü» çəkməyə başlayıb. Rusiya Kerç boğazından kabellərin çəkilməsi üçün «Hengtong» Çin firmasını tutub. Ancaq Qərbdəki bir mənbənin agentliyə dediyinə görə, Çin şirkətlərinin bu sahədə təcrübəsi azdır. Daha öncə Rusiya oxşar işləri Yaponiya və Fransa şirkətləri ilə həyata keçirib.

İşlər plan üzrə getsə, gələn ilin iyununadək bütün kabellər çəkiləcək. Ancaq «Reuters» yazır ki, iş bununla bitmir. Rusiya yarımstansiyalar tikməli, yeni kabelləri mövcud şəbəkələrə birləşdirmək üçün Kerç boğazının hər iki tərəfində yeni ötürücü xətlər çəkməlidir.

Ekspertlər Krımın özündəki enerji stansiyalarının daha davamlı həll variant ola biləcəyini söyləyir. Rusiya bunları Simferopol və Sevastopolda quraşdırmağı planlaşdırır. Ancaq bu stansiyalar 2017-ci ilin sentyabrından tez hazır olmayacaq:

«Sistemi yaxşı, sabit hala gətirmək üçün illər tələb olunur», - bir mənbə deyir. «Heç kəs son 50-60 ildə belə bir iş görməyib. Əlbəttə, asan olmayacaq».

Putin

Putin

RUSİYA İŞİD-Ə ALDANDI?

Bu ilin oktyabrında Rusiya təyyarəsi Misirdə qəzaya uğrayandan sonra «İslam Dövləti» (İŞİD) qruplaşması internetdə belə bir bəyanat yaydı ki, onlar təyyarəni vura biliblər, 224 nəfər də həlak olub. Rusiya Suriyadakı İŞİD hədəflərinə zərbələri artırdı. Ancaq Misir hakimiyyətinin dekabrın 14-də yaydığı açıqlamada təyyarənin hər hansı hücuma məruz qalmadığı vurğulanır.

«The Independent» yazır ki, Misirin həmin hadisəni ört-basdır etdiyini söyləmək meylləri var. Ancaq bu, yanlış olardı:

«İŞİD böyük sayda xristian və liberal müsəlman əhalisi olan Misiri «kafirlər torpağı» adlandırır. Hətta «Müsəlman qardaşlığı» hakimiyyətdə olanda belə, mühafizəkar Mohammed Morsi-yə «İslamdan dönük» deyirdilər. Misir hakimiyyətinin ədaləti gizlətməsi üçün heç bir səbəb yoxdur».

«İŞİD-in həyata keçirmədiyi hücum üçün məsuliyyəti üzərinə götürməsinin mümkünlüyünü inkar edirik. Bu, Qərbi də, Rusiyanı da narahat etməlidir. Bəs onda hava zərbələrini necə əsaslandıraq? Uşaqlarının ölümünə kədərlənən rusiyalı analara nə deyək? Əcəba, Suriyada şəhərləri bombalamaq əvəzinə, bu qanlı hücumu araşdırsaq, dünya elə düşünməzmi ki, zəifləmişik?».

Qəzet yazır ki, İŞİD-in Rusiya təyyarəsini vurmadığına inansaq, belə çıxır, Putin İŞİD-lə müharibəyə 23 sözdən ibarət təbliğat bəyanatı ucbatından başlayıb. Həm də Putin tək deyil. Fransa prezidenti Hollande da Paris hücumlarının ardınca Raqqaya hava zərbələrini artırdı. İŞİD Paris terroruna görə məsuliyyəti üzərinə götürsə də, sonradan bu qruplaşmanın həmin hücumlarda ancaq bir rol oynadığı üzə çıxdı:

«İŞİD-in təsdiqlənməmiş iddialarına reaksiya verməklə, onlara əldə etmək istədikləri legitimliyi veririk… Qərblə Rusiya İŞİD-in təbliğat maşınının qurbanına çevrilib. Nəticələrini də getdikcə daha yaxında hiss edirik. Bütün Avropada İŞİD-dən qaynaqlanan hücumlar artmaqdadır».

Günün bütün mövzuları

XS
SM
MD
LG