Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

-

Hazırda Azərbaycanın «Terrorizmə qarşı İslam koalisiyası»na qoşulması məsələsinə baxılır.

Bunu XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev mediaya açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir:

«Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır».

Günün bütün mövzuları

XS
SM
MD
LG