Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

-

Simone de Bovuare'ın "Məktublar"-ından və "İkinci cins" ikihissəli əsərindən bir neçə seçmə

- Bilirsən ki, mən göstərişə düşkün deyiləm; yalnız çörək, kartof, su və eşqlə yaşaya bilərəm.

- Kiminsə intihar xəbərini oxuyanda insana tər tökdürən şey pəncərənin dəmirlərində asılı duran quru cəsəd deyil, intihardan az əvvəl o ürəkdə olub keçənlərdir.

- Beyin hələ sağ ikən, bədənin insanı atıb getməsi qorxunc bir şeydir.

- Tanrı, çox vaxt ərinin qiyafəsində görünür qadına.

- Qurtulmaq üçün başqasına bel bağlamaq məğlub olmağın ən güvənli yoludur.

- İnsan qadın olaraq dünyaya gəlmir, sonradan qadın olur, - qadın kimi tərbiyə olunur.

- Evlilik ənənəvi olaraq, qadınlara təqdim olunmuş tək gələcəkdir. Bir çox qadınlar ya evlidirlər, ya evli olublar, ya da evli olmadıqlarına görə dərd çəkirlər.

- Evlilik fərdlərin güclü tərəflərilə deyil, zəif tərəflərilə birləşməsidir; hər biri digərinə bəxş etmək zövqü yaşatmaq deyil, almaq, istəmək arayışındadır.

- Kişi - insan, qadınsa dişi kimi təyin olunur, qadın insan kimi davrananda onun kişi kimi davrandığını deyirlər.

- Qadınlar "Biz" demirlər, onlar bu sözü ya feminist konqresində, ya da bənzər rəsmi nümayişlərdə deyirlər; kişilər "qadınlar" deyirlrər və qadınlar da eyni sözdən özlərini bildirmək üçün istifadə edirlər.

- Mən özümü təyin etmək istəsəm, əvvəlcə deyirəm: "Mən qadınam", bütün digər mülahizələr bu bazis həqiqətdən doğur. Kişi heç vaxt özünü təqdimata ayrıca, bəlli bir cins kimi başlamır, çünki demədən də məlum olur ki, o, insandır.

- "Başqası" kateqoriyası şüurun özü qədər qədimdir. Özü və Başqası arasındakı duallığa ən primitiv cəmiyyətlərdə də rast gəlinir. Heç bir qrup özünü Başqasının əksi olmadan "Bir" kiim təyin etmir. ...Kənd camaatı onların kəndlərindən olmayanları şübhəli "başqaları" kimi görürlər. Bir ölkənin sakinləri başqa ölkənin sakinlərinə "xarici" kimi görünür. Yəhudilər anti-semitlər üçün "başqaları"dır, yerli xalqlar müstəmləkəçilər üçün, proletariat yuxarı siniflər üçün. Qadın da kişi üçün.

- Qadını götürüb mətbəxə və ya bəzək-düzək otağına basır, sonra da üfüqünün darlığına təəccüblənirik, qanadlarını kəsir, sonra uça bilmir deyə şikayətlənirik.

- Bugün keçmişi əks etdirir - keşmişdə isə bütün tarixi kişilər yaradıblar.

- Bizim "qadınlıq" və "kişilik" idealları və anlayışları hakimiyyət bölgüsünə əsaslanır.

- Bu məsələ kişinin üstünlüyünü "düzəni, işığı və kşini yaradan xeyir başlanğıc var və bir də xaosu, qaranlığı və qadını yaratmış şər başlanğıc var" deyərək izah edən Pifaqora qədər gedib çıxır. Kişi - qadın olmayandır, rasionallıq isə dişiliyin aşılması kimi başa düşülür.

Fəlsəfə tarixi boyunca kişinin düşüncəni, ağlı, mədəniyyəti, sivilizasiyanı təmsil etməsinə müqabil, qadın duyğuları, bədəni, maddəni, rasionala qarşı irrasionalı, məluma qarşı naməlumu, varlığa qarşı yoxluğu təmsil edir.

Aristotelə görə ruh bədən üzərində, ağıl duyğu üzərində, kişi də qadın üzərində hakimdir. Xalis zəka yalnız kişilərə məxsusdur və yer üzündəki hər şeydən üstündür.

Mif, din və fəlsəfə tarixi Yeni dövrə qədər bu fikirləri ortaq, sözsüz bir anlaşmayla bərabər yaşatdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG