Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:05

Kreml Rusiya prezidenti Vladimir Putinin dekabrın 15-də ABŞ Dövlət katibi John Kerry ilə göüşəcəyini təsdiqləyib.

Putinin mərbuat katibi Dimitri Peskov dekabrın 14-də bildirib ki, bu görüşdə xarici işlər naziri Sergei Lavrov da iştirak edəcək.

O qeyd edib ki, bundan əvvəl Kerry ilə Lavrov görüşəcək.

Bu görüşlərdə əsasən Suriya müharibəsi müzakirə olunacaq.

Qeyd edək ki, John Kerry dekabrın 15-də Moskvaya gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG