Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:58

Kerry ilə Lavrov arasında telefon söhbəti olub


Sergei Lavrov və John Kerry

Sergei Lavrov və John Kerry

ABŞ Dövlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavreov islamçı terror qruplarının siyahısının yekunlaşdırılmasının vacibliyində razılığa gəliblər.

Bu barədə RİA Novosti Rusiyanın xarici işlər nazirliyinə istinadla xəbər verir.

Liderlər dekabrın 14-də-Kerry-nin Moskvaya səfəri ərəfəsində telefonla danışıqblar.

Onlar həmçinin bildiriblər ki, Suriya münaqişəsi ilə bağlı əvvəlki razılaşma Suriya hökumət ilə mötədil üsyançıların növbəti görüşünədək həyata keçirilməlidir.

Tərəflər Suriyada siyasi keçidə nail olmağa çalışırlar.

Rusiya hesab edir ki, Assad hökuməti bu keçidin tərkib hissəsi olmalıdır.

Suriya münaqişəsində prezident Bashar Assadın tərəfini saxlayan Rusiya deyir ki, ona qarşı vuruşan istənilən qrup terrorçudur.

ABŞ-la Qərb isə Bashar Assada qarşı vuruşan mötədil üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG