Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Əgər Minsk razılaşmasının həyata keçirilməsində real

"Irəliləyiş olmasa Rusiyaya qarşı sanksiyalar uzadıla bilər".

Bunu Belçikanın xarici işlər naziri Dide Reynders (Didier Reynders) dekabrın 14-də Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

Danimarkanın xarici işlər naziri Kristian Jensen isəbildirib ki, nəqədər ki, razılaşma yerinə yetirilmir, sanksiyalar uzadılmalıdır.

“Hesab edirəm ki, Minsk razılaşması hələ ki, yerinə yetirilmədiyinə görə, sanksiyalar genişləndirilməlidir.

Ukrayna tərəfi öz tərəfindən razılaşmanın yerinə yetirilməsi və islahatlarla bağlı çox iş görüb və hesab edirəm ki, Rusiya bunu etməyibsə sanksiyaları uzadacağıq. Bunlar bir-biri ilə bağlı məsələdir”-deyə o bildirib.

Qeyd edək ki, ABŞ və Qərb ölkələri ötən ilin martında Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə, Rusiyaya qarşı bir bir sıra sanksiyalar tətbiq ediblər.

Bu il Minskdə Ukraynanın şərqində atəşkəslə bağlı razılaşma əldə olunub.

Tərəflər sona aylar atəşkəsə əməl edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG