Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

Türkiyə tankeri Qara dənizdə qazma avadanlıqları daşıyan Rusiya gəmilərinin hərəkətinə mane olub.

Bu barədə dekabrın 14-də jurnalistlərə “Çernomornefteqaz” şirkətinin rəhbəri İgor Shabanov məlumat verib.

O insidentin noyabrın 24-də baş verdiyini və tankerin dəniz qaydalarını pozduğunu deyib.

Məlumata görə tanker Rusiya katerlərinin müdaxiləsindən sonra yoldan çıxıb.

Qeyd edək ki, Türkiyənin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya bundan sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Həmçinin Ankara Rusiyaya qarşı mümkün sanksiyaları nəzərdən keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG