Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:53

Dekabrın 15-də Çempionlar Liqasında 1/8 finalın püşkü atılıb.

UEFA-nın Nyon şəhərindəki qərargahında keçirilən mərasimdə qrup qalibləri ikincilərlə üz-üzə gəlib.

"Roma" "Real"a, PSJ "Çelsi"yə, "Arsenal" "Barselona"ya, "Yuventus" isə "Bavariya"ya rəqib olub.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları fevralın 16-17-ı və 23-24-də, cavab görüşləri isə martın 8-9-u və 15-16-da keçiriləcək.

Çempionlar Liqasının 1/8 finalının cütlükləri:

"Gent" (Belçika) - "Volfsburq" (Almaniya)

"Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya)

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

"Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya)

"Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya)

PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya)

"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya)

"Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə)

Günün bütün mövzuları

XS
SM
MD
LG