Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:10

►Yenilənmə “Əl-Qaidə” Sanksiya Komitəsinin qərararından qaynaqlanır

Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin dekabrın 10-da qəbul etdiyi qərara uyğun olaraq “Ümumi Siyahı”nı yeniləyib.

Məlumata görə, bu siyahı fiziki şəxslərin milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun müəyyənləşdirildiyi “Ölkədaxili” və “Beynəlxalq” siyahılarından ibarətdir.

“Ümumi Siyahı”nın son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və uyğun nəzarət orqanlarına, monitorinq iştirakçılarına və monitorinqə qatılan digər şəxslərə göndərilib.

Məlumatda deyilir ki, monitorinqə qatılanlar “Ümumi Siyahı”da göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkarlayarsa, heç bir əməliyyat aparmamalı və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinətəqdim etməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG