Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:31

Belarusun xarici işlər naziri Vladimir Makey Avropa Birliyi və NATO rəsmiləri ilə əməkdaşlıq məsələsini müzakirə edib.

Makey dekabrın 13-14-də Brüsselə səfəri zamanı NATO-nun baş katib müavini Alexander Vershbow, Avropa Birliyinin qonşuluq və genişlənmə siyasəti üzrə rəsmisi Johannes Hahn və xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini ilə görüşüb.

Vladimir Makey dekabrın 14-də bildirib ki, bu görüşlərdə Belarusla Avropa Birliyi və NATO arasında əməkdaşlıq məsələsi müzakirə olunub.

Avropa Şurası bir neçə il bundan əvvəl Belarusa qarşı tətbiq etdiyi sanksiyaları gələn il fevralın 29-dək dayandırıb.

Söhbət 170 Belarus rəsmisi və 3 şirkətdən gedir.

Belarus bundan əvvəl bütün siyasi məhbusları azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG