Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:28

Xəzərdə yükdaşıyan Azərbaycan bərələrinə problem yaranıb


Liman
Liman

-

Dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək bərələrin hərəkətinə problem doğurub. İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir ki, 6-9 dekabrda Aktau Limanına gedən iritutumlu yük maşınlarının bərələrə yüklənməsində fasilələr olub.

Rəsmi məlumata görə, Aktau limanı dekabrın 4-dən qapalı elan edilib.

Məsələ ilə bağlı «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC də açıqlama yayıb.

Açıqlamada deyilir ki, Aktau limanının qapalı elan olunmasının bərələrin hərəkət qrafikinə çox ciddi təsiri olub. Bildirilir ki, son günlər Türkiyənin yük maşınlarını daşıyan Azərbaycan bərələri ard-arda Aktau limanına yola salınıb. Dekabrın 6-9-da 4 bərə Aktau limanına çatıb, ancaq liman qapalı elan olunduğundan bərələr körpüyə yan ala bilməyib, lövbər ataraq havanın düzəlməsini gözləməyə məcbur qalıb. Bu müddət ərzində limanda başqa yük maşınları da toplanıb.

Məlumata görə, Aktau limanında bərələrin tək yanalma körpüsü var və bu körpünün qasırğadan, yüksək dalğalardan qorunmaması vəziyyəti daha da çətinləşdirir.

Açıqlamada deyilir ki, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nə məxsus iki bərənin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyir.

TRANZİT XƏRCLƏRİ AZALDILIB

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının qərarına görə, Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına səmtlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələrinin tranzit gediş-gəliş xərcləri təxminən 40 faiz azaldılıb. Bakı-Aktau-Bakı dəniz yolu ilə daşıma tarifləri də 20 faizədəkaşağı salınaraq, hər iki istiqamət üzrə cəmi 2 min 100 ABŞ dolları həcmində müəyyənləşdirilib.

XS
SM
MD
LG