Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

-

Son 1 ildə Azərbaycanda istehlak qiymətləri 3.7% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bahalaşma ərzaq məhsullarında 5.9%, qeyri-ərzaq mallarında 3.1%, pullu xidmətlərdə isə 1% olub.
Təkcə noyabr ayında isə ərzağın qiyməti 0.9% artıb. Düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, üzüm, xiyar, pomidor, badımcan, bibər, lobyan, kartof, soğan, sarımsaq bahalaşıb.

Qarabaşaq yarması, mal və qoyun əti, limon, portağal, naringi, alma, heyva, banan, xurma, kələm, göyərti, balqabaq, çuğundur, yerkökü isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məlumatda o da deyilir ki, ötən ay qeyri-ərzaq mallarının və pullu xidmətlərin qiyməti də sabit qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG