Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:25

Türk əsgərləri İraqdakı düşərgədən çıxır


Mosulda İD silahlıları, arxiv fotosu

Mosulda İD silahlıları, arxiv fotosu

-

İraqın şimalındakı düşərgəyə yerləşdirilmiş bəzi türk əsgərləri oradan çıxmaqdadır. Söhbət İslam Dövləti (İD) silahlı qruplaşmasının nəzarət etdiyi Mosul şəhəri yaxınlığındakı düşərgədən gedir. Xəbəri Türkiyənin dövlət mediası yayıb.

“Yeni razılaşmaya əsasən, Başiqa düşərgəsindəki türk əsgərlərdən bəziləri şimala göndərilib”, Anadolu agentliyi bildirir.


Türkiyə baş nazirinin idarəsi dekabrın 11-də bildirib ki, Başiqa düşərgəsindəki hərbi heyətini “yenidən təşkil edəcək”.

Məlumatda əsgərlərin Türkiyəyə qayıtdığı, yaxud İraqın başqa yerinə göndərildiyi bildirilmir.

Türk əsgərlərinin ötən həftə İraqın kürd regionundan Başiqaya köçürülməsi İraq hökumətini qəzəbləndirib, əsgərlərin dəvətsiz gəldiyi bildirilib, çıxmaları tələb olunub.

Türkiyə isə əsgərlərinin Mosulun İD-dən alınması üçün İraq qüvvələrinə təlim keçdiyini deyir.

İraq rəsmiləri məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxarmaqla hədələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG