Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

-

«Bu günlərdə Prezident yanında Əfv Komissiyası işini davam etdirir, komissiya mütəmadi olaraq iclaslarını keçirir. Əfvlə bağlı müraciətlər araşdırılır. Hüquq müdafiəçiləri olaraq biz də ilin sonuna əfv fərmanının imzalanmasını gözləyirik».

Bunu AzadlıqRadiosuna İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

Səadət Bənənyarlı bildirib ki, Birgə Qrup Əfv Məsələləri Komissiyasına həbsdə olan hüquq müdafiəçilərinin, jurnalistlərin siyahısını təqdim edib: «Bizim azadlığa çıxmasını arzuladığımız insanların heç də hamısı əfv haqqında ərizə yazmayıb. Ancaq biz onların azadlığa çıxması üçün belə bir müraciət etmişik».

Prezident İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 18-də imzalamışdı. Həmin vaxt 90 nəfər azadlığa çıxmışdı. Onların arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı, «hicab məhbusu» Anar Qasımlı və gənc fəal Orxan Eyyubzadə də vardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG