Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Misir “terror izi” tapmadı


Qəza qurbanlarınım anım mərasimi, Misir, 9 dekabr, 2015-ci il

Qəza qurbanlarınım anım mərasimi, Misir, 9 dekabr, 2015-ci il

-

Misir rəsmiləri bildirirlər ki, oktyabrda Sinay yarımadasında Rusiya təyyarəsinin qəzaya uğraması üzrə ilkin hesabat tamamlanıb və faciəyə bombanın səbəb olmasının heç bir əlaməti aşkarlanmayıb.

Misirin Mülki Aviasiya Nazirliyi dekabrın 14-də açıqlama yayıb. Açıqlamada deyilir ki, təhqiqat komitəsi təyyarənin vurulmasında “heç bir qanunsuz müdaxilə və ya terror hücumu tapmayıb”.

Həmin qəzada 224 nəfər həlak olmuşdu.

Rusiya və Qərb rəsmiləri qəzaya bombanın səbəb olduğunu bildirib. Misirdə mənzillənən, İslam Dövləti qrupu ilə əlaqələri olan silahlı təşkilat isə insidentə görə məsuliyyəti üzərinə götürüb.

A321 təyyarəsi Şarm əl-Şeyx kurort şəhərindən Sankt Peterburqa uçurdu. Noyabrın 6-da Rusiya Misirə bütün uçuşları qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG