Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:47

-

Dekabrın 13-də Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan liderləri 10 milyard dollarlıq qaz kəmərinin təməlini qoyublar. Bu kəmərin Cənubi Asiyada enerji qıtlığına son qoyacağına, regionda gərginliyi azaldacağına ümidlər var.

TAPI (Türkmənistan – Əfqanıstan –Pakistan – Hindistan) kəmərinin təməlqoyma mırasimi Türkmənistanın Karakum səhrasında keçirilib. Mərasimə Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov və əfqan həmkarı Ashraf Ghani qatılıb. Pakistanın baş naziri Nawaz Sharif, Hindistanın vitse-prezidenti Mohammad Hamid Ansari də tədbirdə iştirak edib.

1735 km uzunluqda çəkiləcək TAPI kəməriylə ildə 33 milyard kubmetr qaz daşınacaq.

Nyu Dehli və Kabilin İslamabadla gərgin münasibətlərinə baxmayaraq, tərəflər təbii qaz layihəsini həyata keçirəcəklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG