Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

-

«Guya cəbhə xəttində Azərbaycana məxsus pilotsuz uçan aparatın məhv edilməsi barədə erməni KİV-lərinin yaydığı xəbər sadəcə cəfəngiyat və uydurma olduğundan şərh etməmək, cavabsız da qoymaq olardı. Amma ermənilərin bir gün Azərbaycana məxsus hətta uçan tank vurub zorla öz xalqına sırıyacağı ehtimalını da unutmamalıyıq».

Azərbaycanın Müdafiə Nazirliyi erməni mediasında cəbhə xəttində Azərbaycanın pilotsuz təyyarəsinin məhv edilməsi barədə yaydığı xəbərə belə münasibət bildirib.

«Erməni cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün fantastika janrına meylli erməni rejissor çəkəcəyi filmdən bir süjet danışıb, jurnalistlər isə bunu hərbi xəbər olaraq ucuz sensasiya kimi yayıblar. Bildiririk ki, Azərbaycana məxsus və silahlanmada olan bütün PUA-lar sıradadır və düşmənin hərəkətləri nəzarətdə saxlanılır» - açıqlamada deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG