Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:56

Onu “heyrətamiz orijinal şeirlər”inə görə ilin gənc yazarı seçdilər


Sarah Howe

Sarah Howe

-

Honq-Konqda doğulmuş 32 yaşlı Howe the Sunday Times/Peters Fraser and Dunlop young writer of the year mükafatını aldı.

Atası ingilis, anası çinli olan Sarah Howe debüt şeir kitabı “Loop of Jade”-ə görə münsiflər tərəfindən “heyrətamiz orijinal şeirlər”, “parlaq poeziya” kimi qiymətləndirildi.

"Bu şeirlər ingilis və Çin mədəniyyətinin ortaq irsilə yazılıb."

Sözügedən mükafatı ondan əvvəl Zadie Smith, Robert Macfarlane Simon Armitage kimi yazarlar alıblar. Mükafatın əvvəlki sahiblərindən biri deyib: "Sarah Howe nadir ədəbi istedaddlr."

Mükafat hər il Britaniyadan və İrlandiya Respublikasından olan 35 yaşdan aşağı yazıçıılara, şairlərə, esse yazarlarına verilir.

Qalib Howe, “The Guardian” qəzetinə deyib: “Qısa siyahıdakı digər üç kitab o qədər möhtəşəm idi ki, onlarla birlikdə bu siyahıda olmaqdan zövq alırdım.”

“Loop of Jade” şeir kitabı bu mükafatdan əvvəl TS Eliot mükafatının və Forward mükafatının qısa siyahılarına düşmüşdü.

Howe bu münasibətlə müsahibələr verir. Müsahibələrində çinli anasının həyatından, Honq-Konqda keçən uşaqlığından danışır və deyir: "Poeziya milli şüurun bir məqamıdır."

Günün bütün mövzuları

XS
SM
MD
LG