Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

-

Səudiyyə Ərəbistanında dekabrın 12-də keçirilən seçkinin ilkin nəticəsinə görə, azı 19 qadın yerli bələdiyyə şuralarına seçilib.

Bu seçkidə ilk dəfə olaraq, qadınların səsverməyə getməsinə, eləcə də, namizədliklərini irəli sürməsinə icazə verilib.

Qalib qadınlar 10 müxtəlif regionu təmsil edir. Bura ölkənin ən böyük şəhəri, Məkkə yaxınlığında kiçik kənd də daxildir.

Səsverməyə getmək üçün 1.35 milyon kişi qeydiyyatdan keçib, onların 44 faizi – 600 mini iştirak edib. 130 min qeydiyyatdan keçən qadının isə 82 faizi – 106 mini səs verib.

Bu ölkədə qadınların hətta məhdud sayda yer qazanması belə irəliyə addım sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG