Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

-

Dekabrın 14-də ABŞ prezidenti Barack Obama Pentaqonda çıxış edəcək, İraqda və Suriyada İslam Dövlətilə mübarizə yollarını müzakirə edəcək.

Ağ Evin məlumatına görə, Obama çıxışından öncə Milli Təhlükəsizlik Şurasında iclas keçirəcək.

Bir neçə gün əvvəl Obama Oval ofisdə terrorla mübarizə barədə çıxış etmişdi, bu çıxış amerikalıların qarışıq reaksiyasını doğurmuşdu.

Prezidentin çıxışında böyük dəyişiklik gözlənmir. Obama amerikalıları bir daha inandırmağa çalışacaq ki, administrasiya İslam Dövləti (İD) silahlı qruplaşmasını məğlub etmək üçün düzgün strategiya qəbul edib.

Rəy sorğularına görə, amerikalıların 60 faizdən çoxu Obama-nın İŞİD-lə mübazirəsindən narazıdır. Gələn ilki prezident seçkisində Obama-nın yerini tutmağa çalışan namizədlərin də əsas təbliğat mövzusu məhz terror təhlükəsidir.

Obama İD-lə savaşa ABŞ quru qüvvələrinin göndərilməsinə qarşı çıxır. O, koalisiyanın hava zərbələri, maliyyə sanksiyaları və diplomatiyaya tərəfdardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG