Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:19

R.Mirqədirovun məhkəməsi davam edəcək


Rauf Mirqədirov ötən il atasının dəfn mərasimində

Rauf Mirqədirov ötən il atasının dəfn mərasimində

-

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəmə prosesi davam edəcək.

Məhkəmə qapalı keçirilir. Bundan əvvəl dekabrın 9-da keçirilən prosesdə şahid ifadələri dinlənilmişdi.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanətdə ittiham olunur.

Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistin işi üzrə istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG