Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:26

-

Çin 13 milyon uşağı lazımi sənədləri verəcək. Bu uşaqlar ölkənin “hər ailədə bir uşaq” siyasətini pozan ailələrdə doğulub və onlara indiyə kimi sənədlər verilmirdi. Çinin dövlət qəzetləri yazır ki, bununla da həmin uşaqların tibbi xidmətlər və təhsillə bağlı problemləri də həllini tapacaq.

MÜBAHİSƏLİ ƏHALİ SİYASƏTİ...

2015-ci ilin oktyabrda hökumət bildirib ki, ailələrdə bir uşaqdan artıq körpənin doğulmasını məhdudlaşdıran, doğulan ikinci uşağın qeydyyatı üçün ağlasığmaz məbləğdə cərimə istənməsi ilə bağlı mübahisəli əhali siyasəti sona çata bilər.

Çində ailə siyahısı kimi tanınan “hukou”-ya düşməyən sənədsiz adamlar cəmiyyətdən təcrid vəziyyətində olurlar.

"QARA UŞAQ" OLMAĞIN ÇƏTİNLİYİ...

“qara uşaq” olmaq çox çətindir, onlar bank hesabı açmaq, evlənmək, iş tapmaq kimi əngəllərlə üzləşirlər

Hukou qeydiyyatdan keçən şəxsi dövlət təhsili və tibbi xidmətlə təmin edir. Çin mediasının adlandırdığı “qara uşaq” olmaq çox çətindir, onlar bank hesabı açmaq, evlənmək, iş tapmaq kimi əngəllərlə üzləşirlər.

Rəsmi Xinhua xəbər agentliyində yayılan məlumatda deyilir ki, “hukou”da qeydiyyatdan keçmək Çin vətəndaşlarının qanuni hüququdur. Bu həm də vətəndaşlara sosial həyatda iştirak etmək, hüquqlarından yararlanmaq və vəzifələrini icra etməyə imkan yaradır”.

Lİ XUE-NİN ARZULARI...

1993-cü ildə doğulan Li Xue-nin valideynləri tələb olunan 5000 min cərimə ödəyə bilmədiyindən o, dövlət məktəbinə gedə bilməyib. Yazıb-oxumağı ona böyük bacısı öyrədib. İndi restoranda çalışan Li Xue ümid edir ki, “hukou”da qeydiyyatda düşəndəhən sonra o, təhsil arzularını həyata keçirə biləcək, hüquq təhsili alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG