Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

-

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmə prosesi başlayır. Dekabrın 18-də məhkəmənin hazırlıq iclası keçiriləçək. Bu barədə AzadlıqRadiosuna Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verərək bildirib ki, bu işə Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə baxılacaq.

Xatırladaq ki, Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.

Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Təxminən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb. Ona CM-nin 221.2.2-ci maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG