Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:22

Müharibə bu şəhərdə 61 günə 289 can aldı


Kunduzda dağıdılmış ev.
Kunduzda dağıdılmış ev.

-

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı Missiyası bu ölkənin Kunduz şəhərində insan haqları ilə bağlı hesabat yayıb.

Dekabrın 12-də açıqlanan hesabatda deyilir ki, təkcə sentyabr və oktyabr aylarında Əfqanıstan təhlükəsizlik qüvvələri ilə «Taliban» yaraqlıları arasında şəhərdə aparılan döyüşlər nəticəsində 289 adam həlak olub, 559 nəfər yaralanıb.

İtkilərin siyahısına oktyabrın 3-də ABŞ tərəfindən «Sərhədsiz həkimlər»in nəzarətindəki xəstəxanaya endirilən aviazərbədə ölən 30 və yaralanan 37 nəfər də daxildir.

Hesabatda həmçinin 13 min ailənin məcburi köçkün olduğu bildirilir. Onlar zorakılıq, qida çatışmazlığı, elektrik enerjisi yoxluğu, talançılıq və insan haqlarının pozulması səbəbindən evlərini tərk ediblər.

ABŞ 2001-ci ildən Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. BMT hesabatına görə, Kunduzda baş verənlər həmin əməliyyat başladığı müddətdə ən ağır hal kimi qiymətləndirilir.

XS
SM
MD
LG