Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

-

Nərimanov rayon Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həbs cəzasının ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatəti təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna C.Hacıyevin vəkili Aqil Layıcov bildirib.

C.Hacıyevin özü də prosesdə iştirak edib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə ev yeməyi verilməməsindən də məhkəmə nəzarəti qaydasında şikayət etdiklərini bildirib. Bu məsələyə dekabrın 17-də baxılacaq.

C.Hacıyev bu il dekabrın 5-də saxlanılıb, haqqında 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG