Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

-

Kabildə talibançıların İspaniya səfirliyinə hücumu nəticəsində yaralanmış daha bir ispan polisi ölüb. Bununla da yaraqlıların hücumu zamanı ölənlərin sayı 6-ya çatıb. Onlardan ikisi ispan, dördü əfqandır.

Bu haqda dekabrın 12-də İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin məlumatına görə, 6 nəfər yaralanıb. Hücum edənlərin hamısı –4-ü də öldürülüb. Əvvəlcə onların sayının 7 olduğu bildirilirdi.

Dekabrın 11-də bir qrup yaraqlı İspaniya səfirliyi yaxınlığındakı qonaq evinə hücum edib. Onlar öncə minalanmış avtomobili partladıb, daha sonra binaya giriblər. Mühafizəçilər və polis cavab atəşi açıb. Döyüş səhər saatlarınadək davam edib.

Bu həftə talibançıların Qəndəhar yaxınlığındakı aviabazaya hücumu nəticəsində 50 nəfər ölüb, əksəriyyət dinc əhalidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG