Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:12

-

«Əfv Komissiyası işini davam etdirir. Əfvlə bağlı bütün müraciətlər araşdırılır».

APA-nın xəbərinə görə, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev belə deyib. O bildirib ki, komissiya Əsasnaməyə uyğun şəkildə araşdırma aparıb, məsələlərə müvafiq qaydada baxdıqdan sonra prezidentə tövsiyə xarakterli təklif irəli sürür.

«Hazırda bu proses gedir. Bütün bu işlər başa çatdıqdan sonra yekun qərar prezident tərəfindən veriləcək», - deyə komissiya üzvü əlavə edib.

Prezident İlham Əliyev sonuncu dəfə bu il martın 18-də əfv sərəncamı imzalayıb. Bu zaman 90 nəfər azadlığa çıxıb. Əfv olunanlardan yalnız 3 nəfər siyasi məhbus kimi tanınırdı: Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı, «hicab məhbusu» Anar Qasımlı və bloqqer Orxan Eyyubzadə.

İlham Əliyevin dekabrın 31-dək - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv sərəncamını imzalayacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG