Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:10

Heydər Əliyevin ölümündən 12 il keçir


Heydər Əliyevin məzarı.
Heydər Əliyevin məzarı.

-

Dekabrın 12-də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatından 12 il keçir.

Bununla bağlı paytaxtda və rayonlarda anım mərasimləri keçirilir.

Dövlət və hökumət nümayəndələri, tələbələr, hərbçilər və ictimaiyyət nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov AzadlıqRadiosuna bildirib ki, Yol polisi bu gün gücləndirilmiş iş rejimində işləyir. Ziyarətə gələnlərin təhlükəsizliyini təmin etmək və asanlaşdırmaq məqsədilə Bakının bir sıra istiqamətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilib.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini icra edib.

1987-ci ildə tutduğu vəzifədən istefa verməli olub.

Azərbaycan müstəqillik əldə etdiyi mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edib.1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradıb.

1993-cü ilin iyununda Gəncədəki hərbi qiyamdan sonra siyasi hakimiyyətə dəvət olunub. 1993 və 1998-ci illərin oktyabrında Azərbaycanın prezidenti seçilib.

Heydər Əliyev uzun xəstəlikdən sonra 2003-cü il dekabrın 12-də ABŞ-da müalicə aldığı Klivlend xəstəxanasında vəfat edib.

Dekabrın 15-də Fəxri Xiyabanda dəfn olunub.

Ondan sonra hakimiyyət başına oğlu İlham Əliyev gəlib və artıq 12 ildir iqtidardadır.

Hakim partiya Heydər Əliyevi Azərbaycanın xilaskarı kimi təqdim edir, ikinci dəfə hakimiyyətə gəldiyi günü Qurtuluş günü kimi rəsmi şəkildə qeyd edir.

Onun tənqidçiləri isə hesab edir ki, Əliyev ölkədə siyasi və iqtisadi azadlıqları boğaraq hakimiyyəti oğluna ötürə bilib.

XS
SM
MD
LG